Ceyhun Bayramov Britaniyaya gedib

Ceyhun Bayramov Britaniyaya gedib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.
Xarici siyasət
19 iyun 2023 07:12
Ceyhun Bayramov Britaniyaya gedib
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

İngilis versiyası Azerbaijani FM leaves for UK

Son xəbərlər

Orphus sistemi