Azad olunmuş ərazilərimizdə çox qısa müddətdə mühüm infrastruktur layihələrinin icra olunduğu açıqlanıb
- 10 oktyabr, 2023
- 10:05
"Azad olunmuş ərazilərimizdə çox qısa müddətdə mühüm infrastruktur layihələri icra olunub".
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Müraciəti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oxuyub.
"2020-ci ildə əzəli torpaqlarımızın erməni işğalından azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirməyə başlayıb".
Bildirilib ki, həmin ərazilərdə çox qısa müddət ərzində böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin icra olunduğunu, o cümlədən iki beynəlxalq hava limanının tikilib istifadəyə verilib: “Azad olunmuş ərazilərdə üçüncü hava limanının tikintisi Laçında davam etdirilir”.