Ceyhun Bayramov: “Aİ-nin Ermənistandakı missiyasının sülhə mane olan addımlarının qarşısı alınmalıdır”

Ceyhun Bayramov: “Aİ-nin Ermənistandakı missiyasının sülhə mane olan addımlarının qarşısı alınmalıdır” “Münasibətlərin normallaşmasında maraqlı olan beynəlxalq tərəfdaşlar Azərbaycanın atdığı addımları dəstəkləməlidir”.
Xarici siyasət
27 Aprel , 2023 14:55
 Ceyhun Bayramov: “Aİ-nin Ermənistandakı missiyasının sülhə mane olan addımlarının qarşısı alınmalıdır”
Ceyhun Bayramov

“Münasibətlərin normallaşmasında maraqlı olan beynəlxalq tərəfdaşlar Azərbaycanın atdığı addımları dəstəkləməlidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər eyni zamanda Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası barədə danışıblar: “Hesab edirik ki, bu missiya etimad mühitinin yaradılmasına diqqət etməli və Azərbaycanın legitim hüquqlarını nəzərə almalıdır. Təəssüf ki, missiya rəhbərliyinin yaxın keçmişdə verdiyi açıqlamalar missiyanın fəaliyyətinə xidmət etmir. Onlar təhrikedici açıqlamalar idi. Təbii ki, Azərbaycan bu açıqlamaya müvafiq reaksiya verib. Hesab edirik ki, sülh prosesinə mane olan açıqlamaların və addımların qarşısı alınmalıdır”.

Son xəbərlər

Orphus sistemi