Bakı. 14 noyabr. REPORT.AZ/ Çexiyanın Azərbaycandakı səfirliyi noyabrın 17-də bağlı olacaq.
“Report”un məlumatına görə, həmin gün səfirliyin konsulluq şöbəsi də işləməyəcək.
Səfirliyin birgünlük bağlanmasına səbəb Çexiyada “Azadlıq və Demokratiya üçün mübarizə günü” Milli bayramının qeyd olunmasıdır.