Yuxarı
    Bağlamaq

    Çexiya səfiri Gəncə və Goranboya səfər edəcək

    Səfər zamanı Çexiyanın Azərbaycanın regionları ilə əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq

    Bakı. 9 aprel. REPORT.AZ/ Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka aprelin 9-10-da Gəncə və Goranboya ilk işgüzar səfər edəcək. Çexiya səfirliyindən "Report"a bildiriblər ki, səfər zamanı Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyev və Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə görüşlər nəzərdə tutulub. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq

    Səfir, həmçinin Çexiyanın Liditsa şəhərində törədilən soyqırımı qurbanlarının xatirəsinə küçənin olduğu və abidənin inşa edildiyi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə də gedəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi