Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində Azərbaycana dair mühazirə oxunub

Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində Azərbaycana dair mühazirə oxunub Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin dəvəti ilə tələbə və müəllim heyəti ilə görüşüb.
Xarici siyasət
22 Mart , 2018 14:54
Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində Azərbaycana dair mühazirə oxunub

Bakı. 22 mart. REPORT.AZ/ Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin dəvəti ilə tələbə və müəllim heyəti ilə görüşüb.

Daimi nümayəndəlikdən "Report"a verilən məlumata görə, V.Sadıqov məktəbin “Xarici siyasət məsələləri və təhdidlər” adlı mühazirələr proqramı çərçivəsində yerli və xarici tələbələrin qarşısında çıxış edərək, Azərbaycanın qədim və müasir tarixi barədə məlumat verib, ölkəmizin uğurla həyata keçirdiyi dövlət quruculuğu siyasəti, hazırki sosial-iqtisadi islahatlar, aparılan çoxsahəli xarici siyasət, o cümlədən Azərbaycanın təşəbbüskar olduğu regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrindən danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli prosesinin hazırki mərhələsinə toxunan səfir V.Sadıqov Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz və onun ağır nəticələri barədə danışıb, bu sahədə beynəlxalq hüququn prinsiplərinə söykənmiş Azərbaycanın mövqeyini gənc dinləyicilərin diqqətinə çatdırıb.

Sonda səfir V.Sadıqov tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi