Bakı. 17 yanvar. REPORT.AZ/ "Azərbaycan bu il
“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri
Onun sözlərinə görə, Azərbaycan tərəfi uzun illərdir substantiv danışıqlar aparılmasının vacibliyini dönə-dönə qeyd edir: "Milanda əldə olunan qarşılıqlı anlaşmanın intensiv, nəticəyə yönələn dialoq üçün sanballı bünövrəyə çevriləcəyinə ümid bəsləyirik. Mövcud vəziyyətin yolverilməz olduğu göz qabağındadır, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
“Bütün regionun iqtisadi inkişafı üçün maneə olan bu uzunmüddətli münaqişənin ədalətli həlli üçün cari ildə, nəhayət, konkret addımlar atılacağına inanırıq. Münaqişənin tezliklə aradan qaldırılması bütün regionun dayanıqlı inkişafına, nəqliyyat dəhlizlərinin genişlənməsinə, turizmin daha geniş vüsət almasına şərait yaradacaq. İqtisadi inkişafın sürətlənməsi, maddi rifahın yüksəlməsi uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik üçün imkanlar açacaq”, - deyə səfir qeyd edib.