Britaniya səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü illiyi ilə bağlı paylaşım edib

Xarici siyasət
  • 11 mart, 2025
  • 14:49
Britaniya səfirliyi Azərbaycanla diplomatik münasibətlərin 33-cü illiyi ilə bağlı paylaşım edib

Azərbaycan və Böyük Britaniya martın 11-də diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirlər.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Bu gün Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik", - paylaşımda vurğulanıb.