Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Xarici siyasət
28 May , 2022 13:13
Britaniya səfiri Azərbaycan xalqını təbrik edib
Ceyms Şarp

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm! Bu il biz həm də Azərbaycanla diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Xalqlarımız arasında mövcud dostluq münasibətlərinin və ölkələrimizin hərtərəfli əlaqələrinin bundan sonra da güclənməsini diləyirəm”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi