Britaniya parlamentinin komitə sədri Azərbaycanda mina təhlükəsi barədə məlumatlandırılıb
- 22 iyun, 2023
- 18:40
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Britaniya parlamentinin İcmalar palatasının Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kerns ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.
Görüş zamanı parlamentlər çərçivəsində Azərbaycan-Böyük Britaniya əməkdaşlığının səviyyəsi, mina təhlükəsi və münaqişədən sonrakı normallaşma prosesi əsas müzakirə mövzuları olub.
Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.
Minister @Bayramov_Jeyhun met @aliciakearns, Chair of the Foreign Affairs Committee of @HouseofCommons @UKParliament within his visit to .
— MFA Azerbaijan (@AzerbaijanMFA) June 22, 2023
Parliamentary dimension of - cooperation, threat of landmines, and post-conflict normalization process were the main discussion topics. pic.twitter.com/EAt8LqDkRq