Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana gələcək

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana gələcək Bakı. 12 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson Azərbaycana səfər edəcək.
Xarici siyasət
23399
12 Fevral , 2019 12:55
Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana gələcək
Report
0 : 00
0 : 00

Bakı. 12 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson Azərbaycana səfər edəcək.

Bunu “Report”a açıqlamasında Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, E.Nikolson fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək: “Gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Emma Nikolson bir sıra rəsmi görüşlər keçirəcək, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcək.

Bundan başqa, görüşlər çərçivəsində Böyük Britaniyanın plastiklərlə bağlı strategiyası barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu iki ölkənin qlobal çağırış kampaniyasına verdiyi birgə töhfə olacaq”.

Son xəbərlər

Orphus sistemi