Yuxarı

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib - FOTO

Kerol Meri Kroft mayda Bakıya gələcək

Bakı. 3 fevral. REPORT.AZ/ Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, bu vəzifəyə diplomat Kerol Meri Kroft təyin olunub.

Yeni səfir mayda Azərbaycana gələcək.

Kerol Meri Kroft bu vəzifədə İrfan Siddıqı əvəz edəcək. İ.Siddıq 2013-cü ildən Azərbaycanda çalışır. 

K.M.Kroft 1987-ci ildən Böyük Britaniyanın xarici işlər sistemində çalışır. Diplomat indiyədək ölkəsinin XİN sistemində müxtəlif vəzifələr tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi