Böyük Britaniya Ali Məhkəmənin qərarını alqışlayıb

Xarici siyasət
  • 24 aprel, 2020
  • 06:00
Böyük Britaniya Ali Məhkəmənin qərarını alqışlayıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Ali Məhkəməsinin Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov barəsindəki qərarlarını alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə diplomatik missiyanın bəyanatında deyilir.

“Biz Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarının icrası kimi müsbət addımların davam etdirilməsini, o cümlədən də söz və ifadə azadlığının təmin edilməsi üçün tədbirlərin görülməsini təşviq edirik”, - bəyanatda bildirilir.

Xatırladaq ki, aprelin 23-də Ali Məhkəmənin Plenumunda REAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmlə bağlı işə baxılıb. Plenumun qərarına əsasən, İ.Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Qərara əsasən, İlqar Məmmədova qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan çox kompensasiya da təyin edilib.

44 - Tezliklə