Borrel: “Cənubi Qafqazı təhlükəsiz və inkişaf edən regiona çevirmək üçün səylərimizi gücləndirməliyik”

Borrel: “Cənubi Qafqazı təhlükəsiz və inkişaf edən regiona çevirmək üçün səylərimizi gücləndirməliyik” "Avropa İttifaqı Cənubi Qafqazı təhlükəsiz, sabit və inkişaf edən bölgəyə çevirmək üçün səylərini gücləndirməlidir".
Xarici siyasət
12 Dekabr , 2022 15:58
Borrel: “Cənubi Qafqazı təhlükəsiz və inkişaf edən regiona çevirmək üçün səylərimizi gücləndirməliyik”

"Avropa İttifaqı Cənubi Qafqazı təhlükəsiz, sabit və inkişaf edən bölgəyə çevirmək üçün səylərini gücləndirməlidir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü müharibəni yenidən Avropaya qaytarıb.

"Bu gün biz Şərq Tərəfdaşlığına tamamilə fərqli cür baxırıq. Şərq Tərəfdaşlığı tərəfdaş ölkələrin çağırışlarına və müxtəlif ehtiyaclarına uyğunlaşdırılmalıdır", - o yazıb.

“Mən həmçinin genişlənmə prosesinə paralel olaraq regional əməkdaşlıq vasitəsi kimi Şərq Tərəfdaşlığı siyasətini davam etdirməyi təklif edirəm”, - paylaşımda deyilir.

Son xəbərlər

Orphus sistemi