Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Xarici siyasət
29 May , 2022 09:14
Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

“Report” xəbər verir ki, Bolqarıstan liderinin dəvəti Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrikdə yer alıb.

“Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək”, - Rumen Radev qeyd edib.

Son xəbərlər

Orphus sistemi