Bolqarıstan prezidenti Azərbaycana gələcək

Bolqarıstan prezidenti Azərbaycana gələcək Rosen Plevneliyev Cənubi Qafqaz boru kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlqoyma mərasimində iştirak edəcək
Xarici siyasət
17 Sentyabr , 2014 14:52
Bolqarıstan prezidenti Azərbaycana gələcək
Bakı. 17 sentyabr. REPORT.AZ/ Bolqarıstanın prezidenti Rosen Plevneliyev sentyabr ayının 20-də Azərbaycana səfər edəcək. "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Anton Pavlov bildirib. 

Onun sözlərinə görə,  R.Plevneliyevin Azərbaycana səfəri zaman Azərbaycan qazının Bolqarıstana erkən tədarükü məsələsi razılaşdırılacaq. 

Bolqarıstan prezidentinin Cənub Qaz Dəhlizinin bir hissəsi olan Cənubi Qafqaz boru kəmərinin genişləndirmə layihəsi çərçivəsində təməlqoyma mərasimində iştirak edəcəyi gözlənilir. Mərasim sentyabr ayının 20-də Səngəçal terminalında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi