Yuxarı
    Bağlamaq

    BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanında törədilən terror aktını pisləyib

    Terrorçu-kamikadzelərdən biri özünü düz məscidin yanında partlada bilib

    Bakı. 30 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası yanvarın 30-da bəyanat yayaraq Səudiyyə Ərəbistanının şərqindəki əl-Ahsa şəhərində məsciddə törədilən terror aktını kəskin pisləyib.

    "Report"un "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, bəyanatda günahkarların məsuliyyətə cəlb olunmasından danışılır. Sənəddə terror aktını törədənlərin ədalət məhkəməsinə cəlb edilməsi üçün Səudiyyə Ərəbistanının hakimiyyət orqanları ilə beynəlxalq hüquq çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərmək çağırışı da yer alıb.

    Son məlumata görə, məsciddə törədilən partlayış və ondan sonrakı atışmada həlak olanların sayı üç nəfərə çatıb.

    Məlumata görə, terrorçu-kamikadzelərdən biri özünü düz məscidin yanında partlada bilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi