BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam rayonunda səfərdədir.
“Report” xəbər verir ki, səfər çərçivəsində Maimuna Mohd Şərif Azərbaycan hökumətinin şəhər planlaşdırılması sahəsində apardığı bərpa işləri ilə tanış olacaq.
Qarabağ iqtisadi rayonuna daxil olan və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov UN-HABITAT-ın icraçı direktorunu Ağdamın planı ilə tanış edib və şəhər bərpa olunduqdan sonra burada alternativ enerji mənbələrindən istifadə ediləcəyini bildirib.
Xatırladaq ki, Azərbaycana 3 günlük səfər çərçivəsində UN-HABITAT proqramının icraçı direktoru ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.