BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib

BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında BMT-nin Baş Qərargah binasının qarşısında yerləşən parkda Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət sərgisi təşkil edilib.
Xarici siyasət
27 Fevral , 2024 02:43
BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib

ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında BMT-nin Baş Qərargah binasının qarşısında yerləşən parkda Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət sərgisi təşkil edilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, “Unutmadıq! Soyqırım:Təcavüzkar Ermənistan” başlıqlı sərgi Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Soyqırımı zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların lentə alınmış fotolarının nümayiş etdirildiyi sərgidə həmçinin üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu plakatlar da quraşdırılıb.

Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova "Report"a müsahibəsində bildirib ki, sərgi ABŞ ictimaiyyətinin, yerli medianın, ərazidə olan diplomatların və avtomobillərlə yoldan keçən sakinlərin diqqətini cəlb edib.

Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar. Havanın şaxtalı və soyuq olmasına baxmayaraq, gün ərazində sərgi ərazidə açıq olacaq və həmvətənlərimiz Xocalı faciəsi haqqında ABŞ ictimaiyyətini məlumatlandırmaqda davam edəcəklər.

Son xəbərlər

Orphus sistemi