BMT baş katibinin Azərbaycana səfər edəcəyi təsdiqlənib
Xarici siyasət
- 07 aprel, 2016
- 12:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 aprel. REPORT.AZ/ BMT-in baş katibi Pan Gi Mun Azərbaycanda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün ölkəyə səfər edəcək. "Report" xəbər verir ki, bunu Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazirin sözlərinə görə, Pan Gi Mun Bakıya xüsusi proqram çərçivəsində gələcək. Baş katibin proqramının təsdiqlənməsi üçün yaxın 10 gündə Bakıya xüsusi nümayəndə heyəti gələcək.
"Pan Gi Munun Azərbaycana gəlişi ölkənin xarici siyasəti üçün əlamətdar hadisə hesab edilir", - deyə nazir bildirib.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda aprelin 25-27-də keçiriləcək.
Son xəbərlər
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə