Azərbaycan vətəndaşları BMT-də həm daimi, həm də müddətli müqavilə əsasında işlə təmin olunublar. Qeyd edək ki, təşkilatda işlə təmin olunma hər ölkə üçün kvota əsasında həyata keçirilir. Azərbaycanın kvotası 3-14 nəfər təşkil edir.
Ümumilikdə, BMT-də dünyanın 188 ölkəsindən 41 nəfər çalışır. Buraya BMT Katiblik departamentləri və idarələrinin, BMT regional komissiya və sahə əməliyyatlarının əməkdaşları daxildir. BMT-nin gərargahında və onun şöbələrində 20 minə yaxın insan çalışır.
Məruzədə qeyd olunub ki, BMT məmurunun orta yaşı - 43 yaş təşkil edir. BMT-də ən çox təsadüf olunan yaş qrupu 35–39 yaşdır. Katiblikdə xidmətin orta müddəti 7 ildir.
BMT heyətinin 34%-ni qadınlar təşkil edir.