Beynəlxalq Uşaq Fondları Assosiasiyasının rəhbərinə "Dostluq" ordeni təqdim olunub

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının rəhbərinə "Dostluq" ordeni təqdim olunub Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ordeni Albert Lixanov təqdim edib
Xarici siyasət
139
14 Sentyabr , 2020 15:03
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının rəhbərinə Dostluq ordeni təqdim olunub
Albert Lixanov və Polad Bülbüloğlu

Rusiyanın paytaxtı Moskva şəhərində Beynəlxalq Uşaq Fondları Assosiasiyasının rəhbəri, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanovun Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi mərasimi keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından Albert Lixanovu 85 yaşı münasibətilə təbrik edib və ordeni təqdim edib.

“Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş işə Sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər”, – səfirin Prezident İlham Əliyev adından oxuduğu təbrik məktubunda deyilir.

Yubilyar isə öz növbəsində jurnalistlərə verdiyi müsahibəsində Heydər Əliyevin daim onun yanında olduğunu və hər zaman onu dəstəklədiyini qeyd edib: “Onunla çox sayda məsələ müzakirə edirdik, məsələn, qlobal və hələ də həll olunmayan gələcəyin məktəbi məsələsini. O, bir daha məni yanına çağırıb xüsusi albomlarını göstərdi. Yalnız mənə! Gələcəyin məktəbinə həsr olunmuş memarlıq albomlarını göstərirdi: onları necə qurmaq lazımdır, onlar necə düzəldilməlidir, orada nə olmalıdır. Bunlar, demək olar, indiyə qədər həyata keçirilməmiş möcüzələr idi. Onların hələ reallaşmamış gələcəyimizin mənbəyində dayandığını söyləməliyəm”.

“Dostluq” ordeninə layiq görülərkən Azərbaycan Prezidentinin namizədliyimi dəstəkləməsi qərarı mənim üçün çox dəyərlidir. Azərbaycana, hazırkı prezidentə, ümumiyyətlə, Heydər Əliyevin kimsəsiz uşaqlara sistemli yardımın yaradılmasında iştirakı tarixindən xəbərdar olanlara minnətdaram. Bu, mənim üçün çox dəyərlidir!”, - A.Lixanov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi