Bəxtiyar Aslanbəyli: “Azərbaycanın Avropanın enerji xəritəsində olması çox vacibdir”

Bəxtiyar Aslanbəyli: “Azərbaycanın Avropanın enerji xəritəsində olması çox vacibdir” “Azərbaycanın regionun və Avropanın enerji xəritəsində olması çox önəmlidir”.
Xarici siyasət
5 May , 2023 17:01
Bəxtiyar Aslanbəyli: “Azərbaycanın Avropanın enerji xəritəsində olması çox vacibdir”
Bəxtiyar Aslanbəyli

“Azərbaycanın regionun və Avropanın enerji xəritəsində olması çox önəmlidir”.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət prioritetləri” adlı konfrans çərçivəsində “Heydər Əliyev və enerji strategiyası” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Əsrin müqaviləsi” Azərbaycanın hazırkı neft-qaz strategiyasının təməl daşıdır: “O vaxt bir çox dövlətlər, o cümlədən Rusiya, Türkmənistan və s. “Azəri-Çıraq-Günəşli” neft yataqlarına iddia edirdilər. İnvestorlar əmin olmalı idilər ki, bu layihəyə yatırılan maliyyə vəsaiti itməyəcək. Odur ki, onlara zəmanət lazım idi. Bu zamanəti məhz Heydər Əliyev təmin edib”.

B.Aslanbəyli vurğulayıb ki, bu, postsovet məkanında xarici şirkətlərlə imzalanmış ilk belə müqavilə idi.

BP-nin vitse-prezidenti qeyd edib ki, Heydər Əliyevin siyasəti ümumi maraqlara nail olmaq üçün bütün şirkətləri birləşdirməkdən ibarət olub.

“Bakı-Tbilisi-Ceyhan boru kəməri də çox iddialı layihədir. Amma ilkin mərhələdə bu, kommersiya baxımından əlverişsiz idi. Lakin üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin rəhbərliyi və onların koordinasiyalı fəaliyyəti layihənin həyata keçirilməsi üçün şərait yaradıb. Məhz onun vasitəsilə Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması mümkün olub”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi