Yuxarı

Belarusun yeni təyin olunan səfiri Azərbaycana gəlib

Səfir etimadnaməsini  ölkə prezidentinə təqdim etdikdən sonra öz vəzifəsinin icrasına başlayacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Gennadi Axramoviç Bakıya gəlib.

"Report" xəbər verir ki, səfir etimadnaməsini Azərbaycan XİN rəhbəri və ölkə prezidentinə təqdim etdikdən sonra öz vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, G.Axramoviç bu vəzifədə 2006-cı ilin iyul ayından Belarusun Azərbaycandakı səfiri olan Nikolay Patskeviçi əvəz edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi