BƏƏ-nin baş nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

Xarici siyasət
  • 21 dekabr, 2016
  • 15:18
BƏƏ-nin baş nazirinin müavini Azərbaycana səfərə dəvət olunub

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirlikllərdəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin baş nazirinin müavini, daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə səfir Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinə toxunaraq, qeyd edib ki, bu əlaqələrin xüsusən də siyasi tərkib hissəsi yüksək səviyyədədir.

D.Şikarov Azərbaycanın daxili işlər naziri Ramil Usubovun BƏƏ DİN rəhbərinə salam və xoş arzularını çatdıraraq, R.Usubovun onu ölkəmizdə görməyindən məmnun olacağını diqqətinə çatdırib və səfər mübadilələrinin qarşılıqlı əməkdaşlığın artmasının vacib ünsürlərindən biri olduğunu qeyd edib.

Sonra diplomat Azərbaycan torpaqların Ermənistan tərəfindən işğal faktı və ölkədaxili ictimai-siyasi vəziyyəti haqqında ətraflı məlumat verib.

Şeyx Seyf bin Zayed azərbaycanlı həmkarının dəvəti üçün təşəkkürünü ifadə edərək, böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyi vədini verib.

O, nazir R.Usubovun rəhbərliyi altında daxili işlər orqanlarının peşəkar fəaliyyətinin və maddi-texniki imkanlarının xeyli yüksəldiyini özəlliklə qeyd edərək, Azərbaycanın mürəkkəb regionda yerləşməsinə rəğmən bütün milli azlıqların təhlükəsizliyinin tam təmin olunduğunu yüksək qiymətləndirib.

Şeyx Seyf bin Zayed qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm çəkisini təsdiqləyərək, Azərbaycanın daxili işlər naziri rəsmi səfərə dəvət edib və fürsətdən istifadə edərək, gələn il fevralın 19-23-də Əbu-Dabi şəhərində keçirilməsi nəzərdə tutulan “İDEX 2017” Beynəlxalq Müdafiə Sərgisi və Konfransında öz həmkarı ilə görüşməkdən məmnun olacağını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti