Ceyhun Bayramov: “Azərbaycan 2022-ci ildə xaricdə diplomatik nümayəndəliklər açmağa davam edib”
- 27 dekabr, 2022
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan xaricdə diplomatik nümayəndəliklərin açılması istiqamətində işləri 2022-ci ildə də davam etdirib”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir İsraildə və Əlcəzairdə səfirliklərin, Fələstində isə nümayəndəliyin açılması barədə qərar qəbul ediliyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir.
"Bu il Rusiya, Mərkəzi Asiya ölkələri, ABŞ, Çin və Pakistan ilə əməkdaşlıq fəal şəkildə inkişaf etdirilib. Həmçinin il ərzində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı çərçivəsində bir sıra mühüm təşəbbüslər irəli sürülüb, bu təşkilatın Gənclər Sammiti keçirilib”, - Ceyhun Bayramov bildirib.