Batumidə NATO-nun Rouz-Rout seminarı keçirilir

Batumidə NATO-nun Rouz-Rout seminarı keçirilir Tbilisi. 23 aprel. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində aprelin 23-də NATO Parlament Assambleyasının (NATO PA) 97-ci “Rouz-Rout” seminarı başlayıb.
Xarici siyasət
23 Aprel , 2018 14:15
Batumidə NATO-nun Rouz-Rout seminarı keçirilir
Report

Tbilisi. 23 aprel. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində aprelin 23-də NATO Parlament Assambleyasının (NATO PA) 97-ci “Rouz-Rout” seminarı başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisinin deputatı Məlahət İbrahimqızı təmsil edir. 

Seminarda NATO PA-nın prezidenti Paolo Ali, Gürcüstan prezidenti Georgi Marqvekaşvili, parlamentin sədri İrakli Kobaxidze, xarici işlər naziri Mixail Canalidze, müdafi naziri Levan İzoria, Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab pataradze və başqaları çıxış edib, regionda və dünyada gedən proseslərdən danışıblar.

İki gün davam edəcək seminarda yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və Avro-atlantik inteqrasiya, Rusiyanın inkişaf strategiyasının Cənubi Qafqazda və daha geniş Qara dəniz bölgəsində təhlükəsizlik vəziyyətinə təsiri, Gürcüstandakı islahatlar və demokratiya, Gürcüstanın vətəndaş cəmiyyətində dəyərlər və dayanıqlılıq, parlament demokratiyasına keçid və digər regional məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi