Baş nazirin müavini: "Rumıniya Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır"

Baş nazirin müavini: "Rumıniya Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır" Bakı. 15 mart. REPORT.AZ/ “Dünyada sürətlə dəyişikliklər baş verir. Bu prosesdə əməkdaşlıq məsələləri müzakirə olunmalıdır. Əgər idarəetmə zəif olarsa, daha böyük fəlakətlərlə qarşılaşa bilərik. Avropa İttifaqı bu məsələlərə töhfəsini verməlidir”.
Xarici siyasət
15 Mart , 2018 15:21
Baş nazirin müavini: Rumıniya Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır

Bakı. 15 mart. REPORT.AZ/ “Dünyada sürətlə dəyişikliklər baş verir. Bu prosesdə əməkdaşlıq məsələləri müzakirə olunmalıdır. Əgər idarəetmə zəif olarsa, daha böyük fəlakətlərlə qarşılaşa bilərik. Avropa İttifaqı bu məsələlərə töhfəsini verməlidir”.

“Report”un xəbərinə görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Meydana çıxan yeni güclər” mövzusunda keçirilən panel iclasında Rumıniya baş nazirinin müavini Ana Birçall deyib.

O qeyd edib ki, müsbət təsirlərə açıq olmaq lazımdır: “Rumıniya Avropa İttifaqının üzvüdür, təşkilatın həyata keçirdiyi bütün layihələrdə iştirak edir. Təmsil etdiyim ölkə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır”.

Son xəbərlər

Orphus sistemi