“Sabahdan David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Keşikçi dağ məsələsi Azərbaycan Prezidenti
Baş nazir qeyd edib ki, Keşikçi dağ məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.
G.Qaxaria Gürcüstan vətəndaşlarını Keşikçi dağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.