Baş nazir: “Azərbaycanla sərhədin delimitasiyası komissiyasına Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq”

Baş nazir: “Azərbaycanla sərhədin delimitasiyası komissiyasına Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq” “Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya və demarkasiya prosesinə başlanılacaq”.
Xarici siyasət
4 May , 2019 21:46
Baş nazir: “Azərbaycanla sərhədin delimitasiyası komissiyasına Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq”
Gürcüstanın baş naziri Mamuka Baxtadze / Report/ Elshan Baba

“Azərbaycanla sərhədin müəyyən olunması üçün yaradılacaq komissiyaya Gürcüstanın bütün dövlət qurumlarının nümayəndələri daxil olacaq və delimitasiya və demarkasiya prosesinə başlanılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze “İmedi” televiziya kanalının efirində yayımlanan “Xronika” verilişində bildirib.

Baş nazir sərhədin müəyyən olunması üzrə prosesin çətin və çox zəhmət tələb edən olduğunu qeyd edib:

“Mən çox yaxşı başa düşürəm ki, bu məsələ gürcülər üçün çox emosionaldır. Mən hamını yoxlanılmamış informasiyalardan çəkinməyə çağırıram. Gürcüstan və Azərbaycan dost və tərəfdaşdırlar. Biz bu məsələni həll edəcəyik”.

Son xəbərlər

Orphus sistemi