Banqladeşin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Xarici siyasət
  • 04 iyun, 2018
  • 14:56
Banqladeşin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İlham Əliyev

Bakı. 4 iyun. REPORT.AZ/ Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ölkənizdə keçirilən prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, xalqınız Sizin yüksək idarəçilik bacarığınız və müdrik rəhbərliyinizlə daha böyük nailiyyətlər və uğurlar qazanmaq istiqamətində səylərini əsirgəməyəcək.

Əminəm ki, dost ölkələrimiz gələcəkdə xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün mümkün sahələri üzrə daha çox çalışacaq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, inkişaf və rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

44 filmi