Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası keçiriləcək

Xarici siyasət
  • 11 oktyabr, 2019
  • 08:42
Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası keçiriləcək

Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı birgə komitəsinin növbəti iclası keçiriləcək.

"Report"un diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, görüşün noyabr ayında keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitəsinin iclasını keçiriblər.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıblar. 2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.

44 filmi