Bakıda Ukraynanın Müstəqillik Günü qeyd olunub

Bakıda Ukraynanın Müstəqillik Günü qeyd olunub Avqustun 23-24-də BakıdaUkraynanın Dövlət Bayrağı Günü və Müstəqillik Günüqeyd edilib.
Xarici siyasət
24 Avqust , 2020 14:29
Bakıda Ukraynanın Müstəqillik Günü qeyd olunub
Vladislav Kanevski
0 : 00
0 : 00

Avqustun 23-24-də Bakıda Ukraynanın Dövlət Bayrağı Günü və Müstəqillik Günü qeyd edilib.

Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı Səfirliyindən məlumat verilib. 

Azərbaycandakı Ukrayna icmasının qatıldığı tədbiri səfir Vladislav Kanevski açaraq hər kəsi salamlayıb. O bildirib ki, dövlət bayrağının sarı-mavi rəngləri ukraynalılar üçün hər zaman harmoniya və sülh rəmzi olub: "Lakin bu həm də xalqımızın azadlıq, qəhrəmanlıq və hərbi qələbəsinin bayrağıdır. Heç bir qadağa və təqiblər ona qalib gələ bilməmişdir. Çünki mavi-sarı rəngli parçanı qadağan etmək olar, amma Ukraynanın sonsuz buğda tarlaları və üzərimizdəki mavi səmanı kim qadağan edə bilər? Bu bayraq altında biz 1991-ci ildə müstəqlliyimizi qazandıq. Bu bayraq altında ukraynalılar 2004-cü və 2014-cü illərdə meydanlarda demokratiyasını müdafiə etdi. Bu bayraq altında döyüşçülərimiz bu gün də Ukraynanı təcavüzdən müdafiə edir. Sarı-mavi rəngli bayraq 6 ildir təkcə öz azadlığı, ərazi bütövlüyü və sivil seçimini deyil, həm də bütün Avropanın demokratik dəyərlərini böyük imperiyanın işğalından qoruyan ölkənin şərəfli bayrağıdır". 

Səfir vuğulayıb ki, builki bayram təkcə dəyişikliklər deyil, həm də ölkənin qarşısında duran yeni imkanlar şəraitində qeyd olunur: "Bu gün də bayrağımız təkcə Ukraynada deyil, bütün dünyada onlarla ölkədə, Ukraynanın diplomatik nümayəndəlikləri olan bütün ölkələrdə, ukraynalıların yaşadığı və işlədiyi hər yerdə, şərəf və azadlığa hörmət qoyulan hər yerdə dalğalanır! Ağır sınaqlara və pandemiya ilə əlaqədar olaraq Ukraynada və bütün dünyada yaşanan məhdudiyyətlərə baxmayaraq, hər daim xüsusi dəyərə malik olan xoş hadisələr də baş vermişdir. Şübhəsiz ki, ukraynalılar üçün bu cür hadisə Ukraynanın Müstəqillik Gününün qeyd olunmasıdır. Bu hər birimiz üçün simvolik bayramdır, çünki o qəhrəman əcdadlarımızın bir çox nəsillərinin azadlıq və müstəqilliyə olan eşqini təcəssüm edir".

"Biz ukraynalılar heç zaman ruhdan düşmürük. Biz möhkəm və güclü olaraq qalırıq, biz yüzillərlə torpaqlarımızı qorumuşuq və azaqlığımız və ərazi bütövlüyümüzü müdafiə etməyə davam edirik. Bu gün ukraynalılar heç zaman olmadığı kimi özünü birləşmiş xalq kimi hiss edir. Biz dönməz şəkildə ağır daxili dəyişikliklər yolu ilə Avropa və Avro-atlantik inteqrasiya yönündə hərəkət edirik.  Bütün dünyada yaşayan milyonlarla ukraynalılara qatılırıq, qoy Bayrağımızın mavi-sarı rəngləri dünyanın bütün nöqtələrində şərəflə dalğalansın. Yaşasın Ukrayna, Yaşasın Qəhrəmanlar!", - V.Kanevski deyib. 

Son xəbərlər

Orphus sistemi