Bakıda "Şərq Tərəfdaşlığı" proqramının prioritetləri müzakirə ediləcək

Bakıda "Şərq Tərəfdaşlığı" proqramının prioritetləri müzakirə ediləcək Avropa İttifaqı əməkdaşlığı Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər etməyi planlaşdırır
Xarici siyasət
12 Aprel , 2017 14:23
Bakıda Şərq Tərəfdaşlığı proqramının prioritetləri müzakirə ediləcək
courtesy

Bakı. 12 aprel. REPORT.AZ/ Avropa İttifaqının nümayəndə heyəti aprelin 27-28-də "Şərq Tərəfdaşlığı" proqramının prioritetlərini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.

Səfər zamanı nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı bu ilin noyabr ayında Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti öncəsi proqramın prioritetləri müzakirə olunacaq.

Avropa İttifaqı əməkdaşlığı Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılsa da, hələlik səfərin dəqiq tarixi bəlli deyil.

Son xəbərlər

Orphus sistemi