Bakıda "İnternet və insan hüquqları" konfransı keçirilir

Bakıda "İnternet və insan hüquqları" konfransı keçirilir Konfransda çıxış edənlər müxtəlif orqanların təcrübə mübadiləsi üçün belə tədbirlərin vacibliyini vurğulayıb
Xarici siyasət
1 Mart , 2016 13:13
Bakıda İnternet və insan hüquqları konfransı keçirilir

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda "Azərbaycanda ifadə və media azadlığı" layihəsi çərçivəsində təşkil edilən bir günlük "İnternet və insan hüquqları" konfransı keçirilir.

"Report" xəbər verir ki, konfrans zamanı Prezident Aparatının, Mətbuat Şurasının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Şurasının Bakıda ofisinin nümayəndələri, eləcə də ekspertlər internetdən istifadə azadlığı təmin etməyin yolları, virtual məkanda insan hüquqlarının müdafiəsi üçün atılması zəruri olan addımlar və s. mövzularda fikirlərini dilə gətirib.

Konfransda çıxış edənlər müxtəlif orqanların təcrübə mübadiləsi üçün belə tədbirlərin vacibliyini vurğulayıb.

Konfransın qonaqları üç panel - insan hüquqları standartları və internet, internet idarəetmə məkanı, KİV və fikrin azad onlayn ifadəsi üzrə müzakirələr aparacaq.

Son xəbərlər

Orphus sistemi