Bakıda Estoniyanın nümayəndəliyi açılır

Bakıda Estoniyanın nümayəndəliyi açılır Latviya və Estoniya XİN rəhbərləri estoniyalı diplomatların Latviyanın Azərbaycandakı səfirliyində yerləşdirilməsi haqqında razılaşma imzalayıb
Xarici siyasət
20 Noyabr , 2014 16:33
Bakıda Estoniyanın nümayəndəliyi açılır
Bakı. 20 noyabr. REPORT.AZ/ Latviya və Estoniya XİN rəhbərləri estoniyalı diplomatların Latviyanın Azərbaycandakı səfirliyində yerləşdirilməsi haqqında saziş imzalayıb. "Report" xəbər verir ki, razılaşma Latviyanın xarici işlər naziri Edqars Rinkeviçin Estoniyanın yeni xarici işlər naziri Keyt Pentus-Rosimannus ilə noyabr ayının 19-da Riqada görüşü zamanı imzalanıb.

Latviya XİN mətbuat xidmətinin məlumatına əsasən, həmin razılaşma hər iki ölkənin maliyyə resurslarından effektiv şəkildə istifadə etməyə və ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə imkan yaradacaq.

Estoniya və Latviya arasında analoji razılaşma əvvəllər də imzalanıb.

Latviyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu il avqustun sonunda bir nəfər estoniyalı diplomat Bakıya gələrək fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi