Bakı. 30 may. REPORT.AZ/ Bakıda Azərbaycanda yaşayan Rusiya həmvətənləri ictimai təşkilatların ölkə konfransı keçirilir.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən Rusiya həmvətənləri təşkilatlarının koordinasiya şurasının sədri Gülcan Məsoutova bildirib, ki, bu il əlamətdar olub, çünki bu il ictimai təşkilatın yaradılmasının 20 illik yubileyi qeyd olunur və Azərbaycanda 2016-cı il mültikulturalizm ili elan olunub.
Öz növbəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, son illər xaricdə yaşayan həmvətənlərin dəstəklənməsi Rusiyanın xarici siyasətinin əsas mövzularından biri olub.
Onun sözlərinə görə, Rusiya üçün hər bir səs vacibdir, xüsusilə də Rusiyanın görünməmiş informasiya təzyiqinə məruz qaldığı bir dövrdə. O əlavə edib ki, maliyyələşmə ilə bağlı problemlərə baxmayaraq, Rusiya xaricdəki həmvətənlərinə göstərilən dəstəyi davam etdirir.
Konfransın sonunda yekun bəyannamə qəbul ediləcək.