Bakı. 4 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyanın ilk iclası keçiriləcək. Bu barədə "Report"a müsahibəsində Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami məlumat verib.
Onun sözlərinə görə, Mərakeş Şirkətləri Baş Konfederasiyası prezidentinin Azərbaycana səfərinə hazırlıq da görülür.
H.Hami bildirib ki, səfirlik həmçinin tərəflər arasında müqavilə bağlanıla biləcək səfərlər, eləcə də sərmayə yatırılmasının yollarının aşkarlanması üzərində işləyir: "Əminəm ki, bizi turizm, kənd təsərrüfatı, energetika, informasiya texnologiyaları, təhsil və s. sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələsində parlaq gələcək gözləyir".