Bakıda "Azərbaycan məhkəmələrinin fəaliyyətinin təkmilləşdirilməsi" layihəsinin yekunlarına dair konfrans keçirilib

Bakıda "Azərbaycan məhkəmələrinin fəaliyyətinin təkmilləşdirilməsi" layihəsinin yekunlarına dair konfrans keçirilib Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa Şurası tərəfindən həyata keçirilib
Xarici siyasət
4 Aprel , 2017 11:57
Bakıda Azərbaycan məhkəmələrinin fəaliyyətinin təkmilləşdirilməsi layihəsinin yekunlarına dair konfrans keçirilib
Report.az

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda "Azərbaycan məhkəmələrinin fəaliyyətinin təkmilləşdirilməsi" layihəsinin yekunlarına dair konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç layihənin 2015-ci ildən etibarən Azərbaycanın hökumət orqanları ilə əməkdaşlıq şəklində həyata keçirildiyini bildirib.

"Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində 2014-cü ildə yaradılmış məhkəmələrin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə Avropa Komissiyası ilə əməkdaşlıq şəklində Avropa Şurası tərəfindən həyata keçirilib",- deyə D.Filipoviç vurğulayıb.

O, layihənin məqsədinin Azərbaycanın məhkəmə orqanlarında demokratik islahatların həyata keçirilməsini təmin etmək və Avropa standartlarına uyğun olaraq, Azərbaycanın ədalətli məhkəmələrinin səmərəliliyinin artırmaq olduğunu qeyd edib.

"Layihə çərçivəsində bir sıra təlimlər, layihənin sonunda isə məhkəmə istifadəçiləri arasında sorğular keçirilib. Layihə beş pilot məhkəmə ilə əməkdaşlıq şəklində həyata keçirilib. Biz əməkdaşlıq üçün yeni imkanlar nəzərdən keçiririk və Avropa Şurası hər zaman buna hazırdır", - deyə o əlavə edib.

Layihənin məqsədi məhkəmə sisteminin işinin səmərəliliyinin artırılması məsələsində Azərbaycana dəstək vermək olub. Layihəyə Azərbaycan Ədliyyə Akademiyasının mütəxəssisləri cəlb edilib, yerli hakimlər üçün təlimlər keçirilib.

Son xəbərlər

Orphus sistemi