Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək

Xarici siyasət
  • 05 dekabr, 2016
  • 07:18
Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iclas dekabrın sonuna planlaşdırılıb.

"Biz iclasın dekabrın 27-də keçiriləcəyini gözləyirik, lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib", - məlumatda bildirilib. 

Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev, İran tərəfindən - rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir.