Aleksandr Beqlov: "Sankt-Peterburqla Bakı arasında münasibətlər işgüzar xarakter daşıyır"

Aleksandr Beqlov: "Sankt-Peterburqla Bakı arasında münasibətlər işgüzar xarakter daşıyır" Bakı. 20 fevral. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhəri ilə Bakı arasında ikitərəfli münasibətlər işgüzar xarakter daşıyır.
Xarici siyasət
20 Fevral , 2019 18:47
Aleksandr Beqlov: Sankt-Peterburqla Bakı arasında münasibətlər işgüzar xarakter daşıyır

Bakı. 20 fevral. REPORT.AZ/ "Rusiyanın Sankt-Peterburq şəhəri ilə Bakı arasında ikitərəfli münasibətlər işgüzar xarakter daşıyır".

“Report” Federal Xəbərlər Agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Sankt-Peterburqun qubernator əvəzi Aleksandr Beqlov bildirib.

“Şəhərimizdə Azərbaycan diasporu çox böyükdür, həm mədəni həyatda, həm də siyasi həyatda yaxından iştirak edirlər”, - deyən şəhər başçısı Azərbaycana səfər etmək niyyətində olduğunu da diqqətə çatdırıb.

A.Beqlov Bakı ilə münasibətlərinin mədəniyyət və elm mübadiləsi sahəsində də yüksək səviyyədə olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi