Azərbaycanın Yeni Zelandiyadakı səfiri bu ölkədə diplomatik fəaliyyətinə başlayıb

Azərbaycanın Yeni Zelandiyadakı səfiri bu ölkədə diplomatik fəaliyyətinə başlayıb Yeni Zelandiyanın General-Qubernatoru: "Ölkələrimiz arasında əlaqələrin inkişaf edəcəyinə ümidvarıq"
Xarici siyasət
26 Avqust , 2014 14:55
Azərbaycanın Yeni Zelandiyadakı səfiri bu ölkədə diplomatik fəaliyyətinə başlayıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın Avstraliya, Fici və Yeni Zelandiyaya təyin olunmuş səfiri Rövşən Cəmşidov etimadnaməsini Yeni Zelandiyanın general-qubernatoru Cerri Mateparaeyə təqdim edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a verilən məlumata görə, general-qubernator Rövşən Cəmşidovu Azərbaycanın Yeni Zelandiyaya təyin edilmiş ilk səfiri kimi təbrik edərək, bu təyinatın iki ölkə arasında əlaqələrin inkişaf etməsinə təkan verəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə əldə etdiyi təcrübəsinin Yeni Zelandiya üçün maraq kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında BMT çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini vurğulayıb.

General-qubernator Cerri Mataparaey salamlarının və ən səmimi arzularının Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqına çatdırılmasını xahiş edərək, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün hərtərəfli zəminin mövcud olduğunu bildirib.

Səfir Rövşən Cəmşidov fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib və Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafı və ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi