Azərbaycanla YUNESKO arasındakı birgə layihələr müzakirə olunub
Xarici siyasət
- 12 sentyabr, 2014
- 11:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
- Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov etimadnaməsini YUNESKO-nun baş direktoru İrina Bokovaya təqdim edib. Bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
- Etimadnamənin təqdim edilməsi mərasimindən sonra Anar Kərimov və İrina Bokova arasında görüş keçirilib.
- İrina Bokova Anar Kərimovu YUNESKO yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib və YUNESKO ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
- Anar Kərimov YUNESKO ilə əlaqələrin gücləndirilməsinin ölkə üçün prioritet sahələrdən biri olduğunu deyib. O, bu əməkdaşlığın daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzolunmaz rolunu qeyd edib.
- Görüşdə Azərbaycan ilə YUNESKO arasında olan əməkdaşlığın gələcək perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.
Son xəbərlər
20:55
Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb
Region
20:49
Foto
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
Futbol
20:45
Foto
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
20:27
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib
Region
20:25
Dronlar Omskdakı "Ozon" logistika mərkəzinə hücum edib
Region
20:14
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
Fərdi
20:09
İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir - Yenilənib
Futbol
19:48
Foto
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Futbol
19:40
İordaniyada kilsədə törədilən terror aktı qurbanlarının sayı artıb - Yenilənib
Digər ölkələr