Azərbaycan XİN rəhbəri AŞPA sessiyasında iştirak edəcək

Azərbaycan XİN rəhbəri AŞPA sessiyasında iştirak edəcək AŞPA-nın payız sessiyası Strasburqda sentyabr ayının 29-dan oktyabr ayının 3-dək keçiriləcək
Xarici siyasət
5 Sentyabr , 2014 16:37
Azərbaycan XİN rəhbəri AŞPA sessiyasında iştirak edəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası Strasburqda sentyabr ayının 29-dan oktyabr ayının 3-dək keçiriləcək. Report-un xəbərinə görə, sessiyanın açılış günündə AŞ Nazirlər Komitəsi adından Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov çıxış edəcək.

Xatırladaq ki, may ayında Azərbaycan yaxın yarım il müddəti üçün həmin strukturda nümayəndəliyi qəbul edib. 

Həmçinin təşkilatın üzv ölkələrinin parlamentariləri sessiya zamanı Türkiyədəki prezident seçkilərində müşahidə nəticələrini, ötən il üçün İqtisadi əməkdaşlıq və inkişaf üzrə Təşkilatın fəaliyyətini, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyətini, Assambleyanın monitorinq proseduru proseslərini, Gürcüstanda demokratik institutlarının fəaliyyətini və bir sıra digər məsələləri müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi