Azərbaycan XİN: "Dövlət Departamentin sözçüsünün ölkəmizlə bağlı açıqlamarı əsassız və qəbuledilməzdir"

Azərbaycan XİN: "Dövlət Departamentin sözçüsünün ölkəmizlə bağlı açıqlamarı əsassız və qəbuledilməzdir" Elman Abdullayev ABŞ-a ölkədə insan hüquqları sahəsində mövcud olan problemlərlə ciddi məşğul olmağı tövsiyə edib
Xarici siyasət
29 Avqust , 2014 15:23
Azərbaycan XİN: Dövlət Departamentin sözçüsünün ölkəmizlə bağlı açıqlamarı əsassız və qəbuledilməzdir

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Xairici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin sözçüsünün 27 və 28 avqust tarixində Azərbaycanda insan hüquqları ilə bağlı verdiyi açıqlamalarına münasibət bildirib. 

Report-un məlumatına görə, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev adından yayılan açıqlamada deyilir ki, Dövlət Departamentin açıqlamaları əsasız və qəbuledilməzdir.

"Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub", - deyə E.Abdullayevin açıqlamasında deyilir.

XİN sözçüsü həmçinin əlavə edib ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsa daha yaxşı olardı.

"Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır" - deyə, açıqlamada vurğulanır

Son xəbərlər

Orphus sistemi