Azərbaycan və Fələstinin XİN-ləri arasında siyasi məsləhətləşmələr mexanizminə dair anlaşma memorandumu imzalanıb

Xarici siyasət
  • 15 oktyabr, 2014
  • 12:43
Azərbaycan və Fələstinin XİN-ləri arasında siyasi məsləhətləşmələr mexanizminə dair anlaşma memorandumu imzalanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və elm-təhsil, humanitar və sosial səhələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Riyad Əl-Maliki Azərbaycanın Fələstinə göstərdiyi dəstək və yardımının yüksək qiymətləndirildiyini vurğulayıb. 

Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fələstin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminə dair Anlaşma memorandumu imzalanıb.