Azərbaycan və ABŞ arasında münasibətlərin cari durumu müzakirə olunub

Azərbaycan və ABŞ arasında münasibətlərin cari durumu müzakirə olunub Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
Xarici siyasət
26 Sentyabr , 2014 10:24
Azərbaycan və ABŞ arasında münasibətlərin cari durumu müzakirə olunub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıblar.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub. Burada, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi