Azərbaycan prezidenti və Gürcüstanın baş naziri arasında təkbətək görüş olub

Azərbaycan prezidenti və Gürcüstanın baş naziri arasında təkbətək görüş olub Görüşdə Gürcüstan baş nazirinin bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib
Xarici siyasət
11 Sentyabr , 2014 13:54
Azərbaycan prezidenti və Gürcüstanın baş naziri arasında təkbətək görüş olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub. Report-un xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Görüşdə Gürcüstan baş nazirinin bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib. Həmçinin, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi