Azərbaycan prezidenti Avropa İttifaqının komissarı Ştefan Füleni qəbul edib

Azərbaycan prezidenti Avropa İttifaqının komissarı Ştefan Füleni qəbul edib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
10 Sentyabr , 2014 09:03
Azərbaycan prezidenti Avropa İttifaqının komissarı Ştefan Füleni qəbul edib
Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Report xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanla Avropa İttifaqının əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi