Azərbaycanla Ukrayna konsulluq və hüquqi məsələlər üzrə məsləhətləşmələr aparacaq

Azərbaycanla Ukrayna konsulluq və hüquqi məsələlər üzrə məsləhətləşmələr aparacaq Ukrayna səfiri Azərbaycan xarici işlər nazirinin müavini ilə görüşüb
Xarici siyasət
22 Yanvar , 2015 10:01
Azərbaycanla Ukrayna konsulluq və hüquqi məsələlər üzrə məsləhətləşmələr aparacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynovla görüşüb. Ukraynanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, görüş zamanı səfir A.Mişenko Azərbaycan tərəfinə beynəlxalq səviyyədə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə minnətdarlığını bildirib. 

Ukraynanın şərqində anti-terror əməliyyatı zonasında Azərbaycan əsilli ukraynalıların ölkənin müdafiəsində rolu xüsusi olaraq qeyd olunub. 

Tərəflər konsulluq sahəsində Azərbaycan-Ukrayna münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Onlar iki ölkə vətəndaşlarının Ukrayna və Azərbaycana səfərləri və orada olduqları zaman həmin insanların hüquq və qanuni maraqlarının qorunmasında ciddi problemlərin olmadığını vurğulayıblar. 

2015-ci ildə Bakıda konsulluq və hüquqi məsələlər üzrə  Azərbaycan-Ukrayna məsləhətləşmələrinin növbəti raundunun keçirilməsi haqqında razılıq əldə olunub.  

Son xəbərlər

Orphus sistemi